Putin G20 sammitində iştirak edə bilər

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Vladimir Putin sentyabrda Hindistanda keçiriləcək G20 sammitində iştirak edə bilər. Bunun üçün Kreml Rusiya prezidentinin iş qrafikinə düzəlişlər edir.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, Putin sammitə gedib-getməmək barədə hələ yekun qərar verməsə də, Kreml belə bir ehtimalı istisna etmir. O da vurğulanır ki, Putinə manevr imkanı vermək üçün rəsmilər Vladivostokda G20 sammitindən əvvəl təyin olunan illik iqtisadi forumu bir həftə təxirə salıblar.

Nəşr Putinin mətbuat katibi Dmitri Peskovun bu məlumatı şərh etmədiyini vurğulayıb.

Qeyd edək ki, Hindistan Putini G20 sammitinə dəvət etmiş və Kreml də buna razılığını vermişdi. Ancaq ötən il müharibə ilə əlaqədar olaraq ABŞ və müttəfiqlərinin təzyiqi ilə Putin İndoneziyadakı görüşə qatılmaq planından imtina etmişdi. O, həmçinin bundan bir il əvvəl, Ukraynaya hücum hazırladığı vaxt G20-nin Romadakı sammitinə də qatılmamışdı.

Loading

Next Post

<strong>MM-in komitə sədri: “Qüsurlu uşaqlar”, “internat məktəbi” kimi sözlər artıq işlədilməyəcək”</strong>

“Bu gün Azərbaycanda uşaqlar, ailələrlə bağlı güclü dövlət siyasəti var”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib. O bildirib ki, autizmli uşaqların cəmiyyət həyatında fəal iştirak etməsi vacibdir: “Autizmli uşaqların […]