Aİ Şurası Azərbaycanla Ermənistanın münasibətlərini müzakirə edəcək

Oxunma vaxtı:18 Saniyə

Avropa İttifaqı Şurası bu gün keçiriləcək iclasında Ermənistan və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək məsələsini müzakirə edəcək.

Bu barədə TASS-a adı açıqlanmayan yüksək vəzifəli nümayəndə məlumat verib.

Onun sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının gündəliyinə digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistana dəstəyi və İrəvanla Bakı arasında nizamlanma məsələsi də daxildir.

Detallar açıqlanmayıb.

Loading

Next Post

Xocalıda qalıqları tapılan daha bir nəfərin kimliyi MÜƏYYƏNLƏŞDİ

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti məlum olub.Bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə çıxışı zamanı deyib.O qeyd edib ki, meyiti tapılan şəxslərdən 9 nəfərin kimliyi müəyyən olunub.“Xocalı sakini, 1952-ci il təvəllüdlü Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyənləşib”, – […]