Rus generalın ölümünə görə iki nəfər TUTULDU

Oxunma vaxtı:27 Saniyə

Rusiya ordusunun  radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri general-leytenant İqor Kirillovun öldürülməsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə “Kommersant” qəzeti yazıb.

Bilirilir ki, şübhəlilər cinayət yerindən izlənilib, burada müşahidə kameraları bir neçə şübhəli avtomobili qeydə alıb.

Nəşr yazır ki, təşkilatçılar messencerlər vasitəsilə həmin şəxslərlə əlaqə saxlayıb.

General-leytenant İqor Kirillov və köməkçisi dekabrın 17-də Moskvanın Ryazanski prospektində evin yaxınlığında baş vermiş partlayış nəticəsində həlak olublar. Terror aktı, adam öldürmə, qanunsuz silah və sursat alveri ilə bağlı cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, partlayıcı elektrik skuterinin dəstəyinə bərkidilib.

Loading

Next Post

Prezident İlham Əliyev Qətər əmirini təbrik edib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib. Məktubda deyilir: “Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan-Qətər dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə […]