İsrail 40 il əvvəl itkin düşmüş Ron Aradın qalıqlarını tapmaq üçün Livanda əməliyyat keçirib

Oxunma vaxtı:39 Saniyə

İsrail Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlıları 1986-cı ildə Livan əsirliyinə düşən Hərbi Hava Qüvvələrinin şturmanı Ron Aradın qalıqlarını tapmaq məqsədilə ötən gecə Livanın şərqində əməliyyat keçirib.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Livanın Nəbi-Şit bölgəsindəki əməliyyat bilavasitə Aradın qalıqlarını aşkar etmək məqsədi daşıyıb, lakin nəticəsiz başa çatıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Nəbi-Şitdəki əməliyyat zamanı ən azı 26 nəfər həlak olub, daha 35 nəfər yaralanıb.

Ron Arad 1986-cı il oktyabrın 16-da döyüş tapşırığı ilə yollandığı Livan ərazisi üzərində “F-4 Phantom” təyyarəsi vurulduqdan sonra əsir düşüb. Təyyarənin pilotunu xilasetmə helikopteri ilə götürmək mümkün olsa da, Aradı xilas etmək mümkün olmayıb. Onun azad edilməsi barədə danışıqlar iki il ərzində aparılsa da, sonradan dayandırılıb. Həmin vaxtdan bəri o, itkin düşmüş hesab edilir.

Loading

Next Post

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran bu gün çox güclü zərbə alacaq. O bu barədə “Truth Social”da yazıb. “Bu gün İran çox güclü zərbə alacaq! İranın davranışına görə indiyədək hədəf kimi nəzərdən keçirilməyən ərazilər və əhali qruplarının tam məhv edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur”, – o yazıb.