Ərdoğan: Aİ-yə üzvlük məsələsində Türkiyəni yubatma prosesi hələ də davam edir

Oxunma vaxtı:27 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük prosesində üzləşdiyi maneələrdən danışıb.

O bildirib ki, Türkiyə artıq 50 ildir bu prosesin tamamlanmasını gözləyir, lakin bu müddət ərzində müxtəlif bəhanələrlə davamlı şəkildə yubatmalarla qarşılaşıb.

“50 ili geridə qoyduq. Təəssüf ki, bizi söz oyunları ilə məşğul etdilər və bu yubatma prosesi hələ də davam edir. NATO-nun ikinci ən böyük quru ordusuna sahibik. Bu proses ərzində gizli və açıq məhdudiyyətlərə, hətta embarqolara məruz qaldıq. Buna baxmayaraq, müdafiə imkanlarımızı inkişaf etdirməyə davam etdik. Avropadan atılacaq addımlar bundan sonrakı mərhələni müəyyən edəcək”, – Ərdoğan vurğulayıb.

Loading

Next Post

Rusiya Ukraynanın energetika obyektlərinə hücum edib, bir milyondan çox abonent işıqsız qalıb

Rusiyanın gecə saatlarında Ukraynanın energetika infrastrukturlarına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində bir milyondan çox abonent elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko “Telegram” kanalında məlumat verib. Nazirin sözlərinə görə, hücumlar Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Çerniqov vilayətlərini əhatə edib. Hadisə nəticəsində azı […]