Rusiya Ukraynanın energetika obyektlərinə hücum edib, bir milyondan çox abonent işıqsız qalıb

Oxunma vaxtı:31 Saniyə

Rusiyanın gecə saatlarında Ukraynanın energetika infrastrukturlarına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində bir milyondan çox abonent elektrik enerjisiz qalıb.

Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko “Telegram” kanalında məlumat verib.

Nazirin sözlərinə görə, hücumlar Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Çerniqov vilayətlərini əhatə edib. Hadisə nəticəsində azı 5 nəfər yaralanıb.

Klimenko bildirib ki, elektrik təchizatı baxımından ən ağır vəziyyət Odessa və Nikolayev vilayətlərindədir. O, həmçinin təkrar zərbələr təhlükəsi səbəbindən bəzi ərazilərdə xilasedicilərin yanğınsöndürmə işlərini müvəqqəti dayandırmalı olduqlarını qeyd edib.

“Şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün məsafədən yanğınsöndürmə üsullarından – robotlaşdırılmış texnika və köpük yaradan vasitələrdən istifadə edirik”, – nazir əlavə edib.

Loading

Next Post

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 22 ailə (85 nəfər) o […]