İsveç öhdəlikləri yerinə yetirməsə, NATO-ya daxil ola bilməyəcək – TBMM sədri

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir.

Dogrusoztv.azTrend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.

“Türkiyə İsveçdən memorandumun öhdəliklərini yerinə yetirməsini gözləyir. Biz İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq, lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır. Bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, ərizəni təsdiq etməyəcəyik”, – deyə Numan Kurtulmuş bəyan edib.

Loading

Next Post

DTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi - Video

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə […]