Zelenski Putinə “ələ keçirilmiş” Konstantinovkada görüşməyi təklif edib

Oxunma vaxtı:30 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə cəbhədəki vəziyyəti, Ukraynanın “Patriot” sistemlərinin lazımi raketlərlə təmin edilməsi imkanını müzakirə edib.

Bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

“İlk növbədə “Patriot” sistemlərimizi lazımi raketlərlə dəstəkləmək imkanı barədə danışdıq”, – o bildirib.

Telefon danışığı zamanı Volodimir Zelenski həmçinin Rusiya qoşunlarının Donetsk vilayətindəki Konstantinovka şəhərini “nəzarətə götürməsi” barədə məlumatları təkzib edib.

Zelenski Fridrix Mertsə Rusiya Prezidenti Vladimir Putinlə məhz Konstantinovkada görüşməyə hazır olduğunu bildirib.

“Əgər Konstantinovka hazırda Rusiyanın nəzarəti altındadırsa, o zaman, görünür, Putinin orada mənimlə görüşməkdə və nəhayət, müharibəyə son qoymaq üçün diplomatik həll yolları tapmaqda heç bir problemi olmayacaq”, – Zelenski əlavə edib.

Loading

Next Post

21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü

Tbilisidə 21 yaşlı azərbaycanlı qız işgəncələrdən sonra öldürülüb 2026-cı il iyunun 26-da Tbilisidə kirayə mənzildə 2005-ci il təvəllüdlü azərbaycanlı Fatimə Kərimovanın meyiti aşkarlanıb. Məlumata görə, Fatimə sevgilisi ilə birlikdə yaşamaq və işləmək məqsədilə Gürcüstana gəlib. Bildirilir ki, qızın ailə üzvləri bu münasibətə qarşı olub və onlara hədə-qorxu gəlib. İddialara əsasən, […]