21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü

Oxunma vaxtı:58 Saniyə

Tbilisidə 21 yaşlı azərbaycanlı qız işgəncələrdən sonra öldürülüb

2026-cı il iyunun 26-da Tbilisidə kirayə mənzildə 2005-ci il təvəllüdlü azərbaycanlı Fatimə Kərimovanın meyiti aşkarlanıb.

Məlumata görə, Fatimə sevgilisi ilə birlikdə yaşamaq və işləmək məqsədilə Gürcüstana gəlib. Bildirilir ki, qızın ailə üzvləri bu münasibətə qarşı olub və onlara hədə-qorxu gəlib.

İddialara əsasən, bir müddət sonra maddi çətinlik yaranıb və sevgilisi Fatiməni sənədsiz, telefonsuz və pulsuz şəkildə küçədə tək qoyaraq ərazidən ayrılıb.

Küçədə olarkən Fatimə başqa bir qızla tanış olub. Həmin şəxs onun yaxınları ilə əlaqə saxlayıb. Daha sonra Fatimənin əmisi oğlu Emin Əliyev Tbilisiyə gələrək onu guya kömək etmək məqsədilə öz yanına aparıb.

Lakin iddialara görə, o, Fatiməni təxminən iki həftə mənzildə saxlayaraq mütəmadi şəkildə döyüb və işgəncə verib. Daha sonra isə onu boğaraq öldürüb.

Hadisədən sonra Emin Əliyev hadisə yerindən qaçıb. Məlumata görə, onun Türkiyəyə qaçdığı ehtimal edilir və hazırda axtarış elan olunub.

Bildirilib ki, Fatimə Kərimova hər iki valideynini itirib və ailədən yalnız 19 yaşlı bacısı sağ qalıb.

Gürcüstanda qadın hüquqları üzrə fəaliyyət göstərən “Sapari” təşkilatının nümayəndəsi Baya Pataria zərərçəkmiş tərəfin hüquqlarının müdafiəsi üçün işə qoşulmaq məqsədilə prokurorluğa müraciət edib.

Hazırda faktla bağlı Gürcüstan polisi araşdırmanı davam etdirir.

Modern.az

Loading

Next Post

Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə Türkiyə-Pakistan Biznes və İnvestisiya Forumunda iştirak edib. Forum Beşiktaş yerləşən hotellərdən birində keçirilib. Tədbirdə çıxış edən Cevdet Yılmaz bildirib ki, tərəflər yalnız iki ölkə arasında iqtisadi əməkdaşlığı nəzərdən keçirmək üçün deyil, həm də ortaq tarix, sarsılmaz dostluq və birgə gələcək […]