Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk

Oxunma vaxtı:43 Saniyə

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə Türkiyə-Pakistan Biznes və İnvestisiya Forumunda iştirak edib.

Forum Beşiktaş yerləşən hotellərdən birində keçirilib.

Tədbirdə çıxış edən Cevdet Yılmaz bildirib ki, tərəflər yalnız iki ölkə arasında iqtisadi əməkdaşlığı nəzərdən keçirmək üçün deyil, həm də ortaq tarix, sarsılmaz dostluq və birgə gələcək baxışından güc alan yeni əməkdaşlıq mərhələsinin əsasını qoymaq üçün bir araya gəliblər.

O qeyd edib ki, Türkiyə və Pakistan qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası münasibətlərdən daha dərin bağlara malikdir və çətin dövrlərdə bir-birinin yanında dayanan iki qardaş xalq olduqlarını dəfələrlə sübut ediblər.

Cevdet Yılmaz Pakistanın təkcə Cənubi Asiyanın aparıcı ölkələrindən biri olmadığını vurğulayıb: “Pakistan eyni zamanda regional və qlobal məsələlərdə konstruktiv rol oynayan, sülh və sabitliyə fəal töhfə verən məsuliyyətli aktordur. Xüsusilə Pakistanın son aylarda Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində konstruktiv diplomatiyasını və ABŞ ilə İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk”.

Loading

Next Post

Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb

Zaqatalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə gecə radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb. Belə ki, “Tofaş” və BMW markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Tofaş”ın sürücüsü, 41 yaşlı Orxan Orucov və BMW-nin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Lakin xəsarətləri ağır olan O.Orucov […]