Lavrov: Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəmir

Oxunma vaxtı:24 Saniyə

ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri vermək istəmir.

Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində bildirib.

O, Trampın NATO büdcəsində ÜDM-nin payı meyarına uyğun olan ölkələrə ABŞ-nin təhlükəsizlik zəmanətləri verməsi barədə sözlərini xatırladıb.

“Lakin Tramp Zelenskinin rəhbərlik etdiyi Ukraynaya təhlükəsizlik zəmanətləri vermək istəmir. Onun vəziyyətə dair öz baxışı var və bunu mütəmadi olaraq birbaşa ifadə edir: Bu müharibə heç vaxt başlamamalı idi”, – Lavrov qeyd edib.

Loading

Next Post

"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. O qeyd edib ki, […]