Binaları dağıldı, ölkədən qaçan atasını polisə verdi – FOTOLAR

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Adanada da bir çox bina dağılıb. Hadisədən sonra Adananın Çukurova rayonunda dağılan 14 mərtəbəli lüks binanın sahibi saxlanılıb.

Binanın sahibi olan Həsən Alpargün oğlu ilə zəlzələnin ilk günü Kiprə qaçıblar. Çox keçməyib ki, iş adamı polis tərəfindən yaxalanıb.

Belə ki, Həsən Alpargünün oğlu atasının yaxalanmasında böyük rol oynayıb. O, polisə zəng edərək, atasının Kiprə qaçdığını etiraf edib.

33 yaşlı Həsən Can Alpargün, “Atamı polisə mən şikayət etmişəm. Bəli, onunla birlikdə Kiprə gedirdim. Mənim heç bir günahım yoxdur. O binalar tikiləndə mənim 5 yaşım var idi. Zəlzələdə dağılan binaya cavabdeh mən deyiləm, atamdır. O da qanun qarşısında cavab verəcək”.

Bildirək ki, 14 mərtəbəli lüks bina zəlzələ nəticəsində tamamilə uçub. Hadisədə 65-ə yaxın insan həyatını itirib, onlarla şəxs isə yaralanıb.

Loading

Next Post

Zəlzələ bölgəsində doğulan uşağa azərbaycanlı həkimin adı verildi - Foto

Türkiyədə zəlzələ bölgəsində dünyaya gələn uşağa azərbaycanlı həkimin adı verilib.Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. “4 günlük yuxusuzluq, yorğunluq və stresdən sonra bu duyğunu izah edə bilmirəm. Zəlzələ bölgəsində dünyaya gələn balaya anası, atası mənim adımı verdi. Allah körpə balamıza gözəl həyat nəsib eləsin”, – deyə həkim Elvin İsazadə qeyd […]