Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Oxunma vaxtı:19 Saniyə

Komidə (Rusiya) özəl “Mi-8T” helikopterinin sərt enişi nəticəsində 10 nəfər yaralanıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Mi-8 helikopterinin sərt enişi zamanı xəsarət alanların sayı artaraq 10-a çatıb”, – nazirlikdən qeyd edilib.

Helikopter havaya qalxarkən yana aşıb. Göyərtədə 24 nəfər olub. Helikopter işçiləri Nen Muxtar Dairəsinə çatdırmalı idi.

Hadisə yerində Usinsk yanğın-xilasetmə qarnizonunun bölmələri işləyir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Loading

Next Post

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycan prospektindən […]