Bakıda kütləvi dava – İki nəfər qətlə yetirildi

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Bakıda kütləvi dava olub, 2 nəfər qətlə yetirilib.

Bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmanın gedişində 6 nəfər şəxsin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə cinayət işi başlanıb

İş üzrə 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

Loading

Next Post

122 saat sonra çıxarılan yaşlı qadın bu sözləri dedi... - Video

Türkiyədə dağıdıcı zəlzələdən sonra artıq 6 gündür ki, axtarış-xilasetmə işləri davam etdirilir. Dogrusoztv.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kahramanmaraşda 70 yaşlı qadın dağıntılar altından xilas edilib.  Menekşe Tabak adlı qadın xilasedicilərin səyləri nəticəsində zəlzələdən 122 saat sonra sağ olaraq çıxarılıb.  Xilas edilən yaşlı qadının ilk sözü “Dünya varmış?” sualı […]