Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb, polis əməkdaşları cəlb olunub – YENİLƏNİB

Oxunma vaxtı:31 Saniyə

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

Əlavə məlumat veriləcək. “Unikal” saytı bildirib ki, hazırda zavodun işçiləri təxliyə edilir.

Loading

Next Post

Səfərbərliyin idarə rəisi və müavini rüşvətə görə HƏBS EDİLDİ

Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə məlumat yayıb. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış […]