Neftçalada avtomobillə motosiklet toqquşub, ölən və yaralananlar var.

Oxunma vaxtı:36 Saniyə

Neftçala rayonunda minik avtomobili və motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Hadisə rayonun sənaye məhəlləsinin yaxınlığından keçən Salyan – Neftçala avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Sanqam” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində qoşqulu motosikletin sürücüsü, Bankə qəsəbə sakini 1960-cı il təvəllüdlü Mirzəyev Ağasəf Paşa oğlu, eyni qəsəbənin sakinləri olan sərnişinlər – 1986-cı il təvəllüdlü İbrahimova Günel Ağasəf qızı, onun övladları, 2010-cu il təvəllüdlü İbrahimov Natiq Fuad oğlu, 2010-cu il təvəllüdlü İbrahimov Yəhya Fuad oğlu, 2008-ci il təvəllüdlü İbrahimova Ləman Fuad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, uşaqların babası olan Ağasəf Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.(Report)

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Heç vaxt bu silaha əl atılmamışdı, Putin isə əmr verdi!

Rusiyanın Dneprdə “Oreşnik” ballistik raketindən istifadə etməsi Ukraynada müharibənin son eskalasiyasıdır. Bu barədə CNN nəşri yazıb. Nəşr sözügedən ballistik raketdən istifadəni Moskvanın Qərblə münaqişəsində həlledici və potensial təhlükəli məqam hesab edib. Bildirilir ki, Soyuq müharibədən bu yana heç vaxt bu cür silahdan düşməni vurmaq üçün istifadə edilməyib. Amerikalı alim, nüvə […]