Bakıda güclü yanğın başladı – Yenilənir

Oxunma vaxtı:39 Saniyə

Bakının Xətai rayonu ərazisində, Xəzər TV-nin yaxınlığında yanğın başlayıb.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. 

Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

***

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın hadisəsi Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verib. 

Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

Daxili İşlər Nazirliyinin məlumatına görə, Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Loading

Next Post

Polkovnik saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir. Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır. Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.