Polis Bərdədə əməliyyat keçirdi – SAXLANILANLAR VAR

alfonsonri
Oxunma vaxtı:43 Saniyə

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən bugünlərdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsi və bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cəlal Abdullayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumulikdə çəkisi 20 qrama yaxın olan metamfetamin və heroin, eləcə elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi digər tədbirlərlə narkotikli tərkibli bitkilərin kultivasiyasılnda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Əsgərov və Fərhad Rzazadə saxlanılıblar. Onların yaşadıqları evlərin həyatyanı sahələrinə baxış keçirilən zaman F.Əsgərovdan 50 ədəd və F.Rzazadədən isə 29 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Loading

Next Post

Karen Donfrid Şəhidlər xiyabanını ziyarət edib

ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, K.Donfrid Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib: “İnancları uğrunda canlarını fəda edən bütün insanları yad edir, münaqişə nəticəsində yaxınlarını itirən ailələlərə və dostlarını itirən insanlara başsağlığı veririk”.