Güllələnənlərdən biri tələbədir

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident zamanı yaralananlardan biri tələbədir.

Güllə yarası alan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetində təhsil alır.

Universitetdən məlumatı saytımıza təsdiq ediblər.

Qeyd edək ki, hadisə yerinin yaxınlığındakı restoranda çalışan hal şahidi bildirib ki, atəş səsi eşidən kişi çölə çıxıblar: “Həmin vaxt artıq cinayətkar qaçmışdı. Yaralılar ayağından vurulmuşdu. Dərhal təcili yardım çağırdıq, həmin əsnada yaralılardan biri mənə bildirib ki, tələbədir”.

Loading

Next Post

İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı - FƏRMAN

Prezident İlham Əliyev “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanla “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” […]