İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı – FƏRMAN

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Prezident İlham Əliyev “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanının 1.2-ci bəndində “Energetika Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilir.

Bundan əvvəl sözügedən sənədin 1.2-ci bəndinə əsasən, “müvafiq dövlət orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirirlər. Bundan sonra Energetika Nazirliyinin səlayihhətini İqtisadiyyat Nazirliyi icra edəcək.

Loading

Next Post

<strong>Laçın yolundakı aksiya 90 gündür DAVAM EDİR</strong>

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 90 gündür davam edir. Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. […]