İlham Əliyev: Türk dünyası birləşir

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Ulu Öndər qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. “O, (Ulu Öndər Heydər Əliyev – red.) Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Loading

Next Post

Bakıda daha bir sürücüdən ağlasığmaz addım - VİDEO

Bakıda daha bir sürücü avtomobilini geriyə idarə edib. VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtın “20 Yanvar” metro stansiyası istiqamətində, tunelin içərisinə doğru nəqliyyat vasitəsini geriyə sürüb. Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolda hərəkət istiqamətində “Volkswagen Touareg” markalı avtomobil […]