“Qarabağ” cəzalandırıldı

Oxunma vaxtı:27 Saniyə

UEFA “Qarabağ” klubunu 45750 avro cərimələyib.

Qurum Bakıda Portuqaliyanın “Braqa” və Almaniyanın “Bayer 04” komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.

“Köhlən atlar” “Braqa”ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək.

Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. “Qarabağ” bu səbəbdən 2750 avro ziyana düşüb.

Loading

Next Post

Bayramdan sonrakı ilk iş gününün HAVASI

Mart ayının 27-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° […]