Bayramdan sonrakı ilk iş gününün HAVASI

Oxunma vaxtı:40 Saniyə

Mart ayının 27-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Loading

Next Post

“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir

Rusiya İstintaq Komitəsi “Krokus”da terror aktı ilə bağlı səkkizinci müttəhim – 32 yaşlı aşpaz və iş adamı Əlişir Qasımovun həbsini tələb edir. Bu barədə “Baza” kanalı məlumat yayıb. İş materialları Basmannı Məhkəməsinə verilib və yaxın vaxtlarda onun barəsində həbs-qətimkan tədbiri seçiləcək. Terrorçuları “Krokus”a hücum hazırladıqları Putilkovoda mənzillə o təmin edib. […]