TƏBİB: Qaradağda yol qəzasında xəsarət alanlar hospitalizasiya olunur

Oxunma vaxtı:25 Saniyə

Qaradağda baş verən yol qəzası ilə əlaqədar əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, 2025-ci il yanvarın 4-də saat 10:40 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Dərhal hadisə yerinə briqada cəlb olunub. 

Xəsarət alan iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunur.

Bir nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.

Loading

Next Post

Aktauda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı son hesabat nə zaman açıqlanacaq?

Qazaxıstanda 2024-cü ilin dekabr ayının sonunda baş vermiş “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat ən geci üç ildən sonra təsdiqlənəcək. Bu barədə respublikanın Nəqliyyat Nazirliyindən məlumat verilib. “25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin istismarında olan 4K-AZ65 dövlət nömrə nişanlı “Embraer […]