Əhməd Əhmədov cəzadan azad edildi

Oxunma vaxtı:24 Saniyə

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərarda göstərilir ki, Əhməd Əhmədov ittiham olunduğu maddələr üzrə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib. O, cinayət məsuliyyətindən azad olunub.

Məhkəmənin hökmünə əsasən, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq edilməsi barədə qərar çıxarılıb.

Loading

Next Post

Bu ərazidə də ödənişli parklanma sistemi tətbiq edildi

Bakının Mərdanov qardaşları küçəsində 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, həmçinin Agentlik paytaxtın Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsi üçün nişanlanma işləri başa çatıb. Bildirilir ki, bundan başqa, Bakının Mərdanov qardaşları, […]