Bu ərazidə də ödənişli parklanma sistemi tətbiq edildi

Oxunma vaxtı:20 Saniyə

Bakının Mərdanov qardaşları küçəsində 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, həmçinin Agentlik paytaxtın Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsi üçün nişanlanma işləri başa çatıb.

Bildirilir ki, bundan başqa, Bakının Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrindəki parklanma məntəqələrində 5 yeni məlumat lövhəsi yol nişanı quraşdırılıb.

Loading

Next Post

Laçında işçi qrupun növbəti iclası başladı

Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir. İclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir. İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının və Laçın, […]