İcra başçısının bacısı oğlu qəzada öldü

Oxunma vaxtı:19 Saniyə

Yevlaxda ağır yol qəzası baş verib.

Hadisə noyabrın 3-ü saat 20 radələrində Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.

Samir İbrahimovun sükanı arxasında olduğu “VAZ 2107” markalı avtomobil Ruslan Əhmarovun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü hadisə yerində ölüb.

Qeyd edək ki, vəfat edən şəxs Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin bacısı oğludur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.(Qafqazinfo)

Loading

Next Post

“Azeri Light” bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,39 ABŞ dolları və ya 1,86% artaraq 76,19 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin öncəki qiyməti 74,8 dollar təşkil edib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də […]