Kafedə dava düşdü – Ərlə arvad bıçaqlandı

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Bakıda kafedə dava düşüb, ər-arvad və gənc oğlan bıçaqlanıb.

Hadisə mayın 28-də Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1-də yerləşən adsız kafedə qeydə alınıb.

Belə ki, kafedə müştəri qismində olan Ağacabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu aralarında baş vermiş mübahisə zamanı digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğluna, həyat yoldaşı, Q.Səfərovana və S.Səfərovun bacısı oğlu, 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğluna bıçaq xəsarətləri yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, E.Quliyev şübhəli şəxs qismində saxlanılıb

Loading

Next Post

Ermənilər 4 rayonumuzu 19 dəfə ATƏŞƏ TUTDU

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, […]