Şabranda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub – YENİLƏNİB

Oxunma vaxtı:29 Saniyə

Şabranda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bakı-Quba avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində “VAZ-Niva”, “KamAz” və
“Mercedes Atego” markalı avtomobillərin iştirakı ilə baş verən yol qəzasında Ağakişiyev Əmrulla Mustafa oğlu, Cəbrayılov Elnur Natiq oğlu və Ağayev Samir Müşviq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***
Bakı-Quba avtomobil yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“VAZ-Niva” markalı minik avtomobili və iki yük maşını toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, […]