Sürücülərin NƏZƏRİNƏ: Bakının bir yolunda hərəkət qismən məhdudlaşdırılır

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Mərdəkan-Zuğulba avtomobil yolunun 8-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 11 aprel saat 02:00-dan 04:00-dək qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Bu barədə AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun nəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Loading

Next Post

Astanada Heydər Əliyev küçəsinin açılışı olub - FOTO

Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mərasimdə iştirak ediblər. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkiblər.