Əhməd İsmayılov: Azərbaycan Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır

Oxunma vaxtı:51 Saniyə

Azərbaycan Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır.

Bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.

O qeyd edib ki, bugünkü tədbirdə iştirak Türk dünyasının media əməkdaşlığının gücləndirilməsinə xidmət edir:

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə media sahəsində inkişafa xüsusi diqqət göstəririk. Bu il Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olundu. Media sahəsində xidmətlərinə görə bir sıra jurnalistlər təltif olunublar. Azərbaycan hər il Şuşa Media Forumunu həyata keçirir. Dövlət başçısının iştirakı ilə keçirilən bu tədbirdə Türk dövlətləri də aktiv iştirak edirlər. Həmçinin, hər il dekabr ayında “Media savadlılığı” layihəsi həyata keçirilir ki, bu da jurnalistlərin, media mütəxəssislərinin tənqidi düşüncəsinə, inkişafına mühüm töhfə verir”.

Ə.İsmayılov əlavə edib ki, Azərbaycan TDT-ni təkcə iqtisadi-siyasi təşkilat kimi yox, həm də dezinformasiya, hibrid informasiya təhdidləri ilə mübarizə platforması kimi görür.

“İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk. 2025-ci ildə Azərbaycanın digər Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı olduqca dərinləşib”, – o qeyd edib.

Loading

Next Post

Şənbə günü çiskinli yağış yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Gün ərzində bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm […]