

“Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti coxəsirlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bu il anadan olmasının 100 illiyini böyük qürur hissi ilə qeyd etdiyimiz Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani kefiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan bənzərsiz və müqayisəedilməz şəxsiyyət idi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir”. Bu sözləri Ümummilli lider Heydər Əliyevin yubileyi ərəfəsində müsahibə aldığımız Şəki Bələdiyyəsinin sədri İntiqam Raqif oğlu Əşirov demişdir.
Dediklərindən: “Birbaşa demokratiyanın ən uğurlu modellərindən olan yerli özünüidarəetmə institutunun yaradılması da məhz Heydər Əliyevin adı və titanik siyasi fəaliyyəti ilə əlaqədardır. Belə ki, 2 iyul 1999-cu il tarixdə Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin tarixdə, eyni zamanda, “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” qanun da qəbul olunmuşdur. Yerli özünüidarəetmə ilə bağlı keçən dövr ərzində bir çox vacib qanunlar qəbul edilib ki, bu sırada 15 oktyabr 1999-cu ildə Bələdiyyənin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu, 30 noyabr 1999-cu ildə Bələdiyyə qulluğöu haqqında Azərbaycan Respublikasının Qanununu, 7 dekabr 1999-cu ildə Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında Azərbaycan Respublikasının Qanununu, Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının Qanununu və Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini göstərmək olar. Bundan başqa, bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə indiyədək onlarla digər qanunlar qəbul edilmiş, ölkənin əlaqəli qanunvericilyinə müvafiq əlavə və dəyişikliklər edilmiş, sərəncamlar imzalanmışdır. Bələdiyyələr yaranmamışdan hələ bir neçə il əvvəl bu orqanın mahiyyəti, vəzifəsi və hüquqularının konstitusiyamızda əks etdirilməsi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyinin və yerli özünüidarəetmə orqanlarına olan münasibətinin ifadəsi idi”.
İntiqam müəllim xatırlayır ki, Ümummili liderimiz bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosia-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmirdi: “Heydər Əliyev bələdiyyələrin yaradılmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirərək qeyd edirdi ki, “Yerli özünüidarəetmənin yaradılması Azrbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”. Ulu öndər öz qənaitində haqlı idi. Bu günümüzün reallıqları, ölkəmizdə baş verən sosial-iqtisadi, mədəni inkişaf, demokratik təkamül və bu proseslərdə bələdiyyələrin fəaliyyəti bunu bir daha sübut edir. Ulu öndər qeyd edirdi ki, “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetməə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”. Azərbaycanda yerli özünüidarəetmənin təşkili prinsipləri və formalaşdırılması, inkişafı, bələdiyyə institutunun təkmilləşdirilıməsi sahəsində həyata keçirilən tədbirlər Heydər Əliyev ideyalarına və Avropa xartiyasında əks olunmuş beynəlxalq normalara uyğundur. Respublikada yerli özünüidarəetmə sisteminin hüquqi bazasının yaradılması Milli Məclisin işinin tərkib hissəsi olmuş, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə edən mühüm qanunlar işlənib hazırlanmış və qəbul edilmişdir. Bu qanunlar, hüquqi-normativ aktlar, əsasnamələr bələdiyyə həyatının bütün sahələrini əhatə edir. Qanunvericilikdə yerli özünüidarəetmənin çox mühüm məsələləri – yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sosial müdafiə, yerli iqtisadi, ekoloji proqramların işlənib hazırlanması və reallaşdırıması,mülkiyyət münasibətlərinin formalaşdırılması, ərazi məsələləri və s. öz əksini tapmışdır. Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən orqan olsalar da, ancaq onlara verilmiş bu müstəqillik bələdiyyələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənarda qalması demək deyil. Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar”.
Həmsöhbətimiz həmçinin qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirib həyata keşirən hörmətli Prezidentimiz İlham Əliyein səyləri sayəsində Azərbaycan sosial – iqtisadi inkişaf baxımından dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir: “Nəinki respublikamızın mərkəzi şəhərləri, hətta regionların ucqar kəndləri, şəhərləri sürətli inkişaf yoluna qədəm qoymuş və tanınmaz dərəcədə dəyişmiş, müasirləşmiş, abadlaşdırılmışdır. Həyata keçirilən mühüm dövlət proqramlarında icra orqanları ilə bərabər bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul olmuşdur. Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Bu baxımdan bələdiyyələrin statusu, fəaliyyət dairəsi ilə əlaqədar bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi də zərurətə çevrilmiş və möhtərəm Prezidentimizin qayğısı sayəsində bu vəzifə Milli Məclis tərəfindən lazımınca qiymətləndirilib hıyata keçirilir. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edir. Ümumilikdə Bələdiyyə institutun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına hərtərəfli şərait yaradır. Bu gün də ölkəmizdə bələdiyyələrin inkişafında dövlət maraqlıdır. Bu marağı qəbul olunmuş qanunvericilik aktlarında, Prezident təsdiq etdiyi sənədlərdə, eləcə də bir çox orqanların bu sahə ilə bağlı həyata keçirdiyi tədbirlərdə görürük. Bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün ölkədə lazımi hüquqi baza vardır. Bələdiyyələr Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər. Ötən dövrdə bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə etmiş, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuş, onların cəmiyyətdə rolu artmışdır. Bu da Ulu öndərin bütün sahələrdə olduğu kimi Bələdiyyəyə də olan ümid və arzuların addım-addım həyata keçməsi, reallığa çevrilmişdir.
Qələmə aldı: Malik Mustafayev
![]()
