Bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistana fəlakət vəd edir – Hulusi Kılıç

Oxunma vaxtı:49 Saniyə

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması erməni quldur dəstələrinin Azərbaycan tərəfinə silahlı hücumları ilə eyni mahiyyətli bir hərəkətdir. Hər iki hal 10 noyabr tarixli üçtərəfli Bəyanata ziddir və bütün bunlara görə baş verəcək xoşagəlməz hadisələrə görə məsuliyyəti təkcə qarşı tərəfdəki hakimiyyət deyil, bütövlükdə Ermənistan dövləti daşıyır.

Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Azərbaycan güclü imkanlara malik dövlət olduğunu bildirən H.Kılıç deyib: “Ermənistan hakimiyyəti avantüradan uzaq dayanmalıdır. Anlamalıdır ki, Azərbaycan ərazi bütövlüyü ilə bağlı məsələlərdə işğalçıya heç bir güzəşt etməyəcək. Erməni rəsmi dairələrinin bəzi addımları, o cümlədən xarici işlər naziri Ara Ayvazyanın Azərbaycan sərhədini qanunsuz keçməsi hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması istiqamətindəki səylərə qətiyyən uyğun gəlmir”.

O əminliklə bildirib ki, bölgədəki Rusiya sülhməramlı qüvvələri bundan sonrakı dövrdə proseslərə daha məsuliyyətlə yanaşacaq və erməni tərəfinin siyasi-hərbi təxribatları ilə bağlı ciddi ölçü götürəcəklər.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Doğrusöztv.Az xəbər verir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edib. İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP […]