Ehtiyac olacağı təqdirdə heç bir tərəddüd etmədən Azərbaycana dəstək verəcəyik – Türkiyə MMN

Oxunma vaxtı:24 Saniyə

Ehtiyac olacağı təqdirdə heç bir tərəddüd etmədən Azərbaycana lazımi dəstəyi verəcəyik.

Doğrusöztv.Az -ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, Türkiyə imzalanmış atəşkəs sənədinin şərtlərinin yerinə yetirilməsi, bütün torpaqların sahiblərinə geri qaytarılması və bölgədə sülhün bərqərar olmasını yaxından təqib edir.

“Azərbaycanın tələblərindən heç bir halda vaz keçməyəcəyik və qeyd etdiyimiz kimi, ehtiyac olacağı təqdirdə tərəddüd etmədən Azərbaycana hər cür dəstək verəcəyik. Azərbaycanın mübarizəsi bizim mübarizədir. Sevinci sevincimiz, kədəri kədərimizdir” – deyə, açıqlamada qeyd olunur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Pərvin Kərimzadə: Ermənistan vandalizm əməllərini dünya ictimaiyyətindən gizlədə bilməyəcək

Terrorizmi dövlət siyasətinə çevirən Ermənistan bu gün vətəndaş müharibəsi girdabında çabalayır. Faşizm ideologiyasına sadiq qalan, günahsız insanları qətlə yetirməklə yola çıxan təcavüzkar və işğalçı Ermənistan hakimiyyətinin rəhbərləri cəfəng bəyanatları, təxribat xarakterli addımları ilə ölkəni hərbi, iqtisadi böhran məngənəsinə sürükləməkdə davam edir. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı […]