Prezidentdən şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM

alfonsonri
Oxunma vaxtı:42 Saniyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2023-cü ildə də həyata keçirəcək.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Belə ki, “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” sərəncama dəyişiklik edilib.

Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin əlavə olaraq 2022-ci ildə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Məlumat üçün bildirək ki, dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilən tədbirlər sırasına mənzil və ya fərdi evlərlə, reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təminat daxildir.

Loading

Next Post

Bu məmurları da Prezident təyin edəcək

Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinlərinin yeni təyinat qaydası müəyyənləşib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qunun tətbiqi barədə fərmanda əksini tapıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunacaq. Digər yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin […]