Bu məmurları da Prezident təyin edəcək

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinlərinin yeni təyinat qaydası müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qunun tətbiqi barədə fərmanda əksini tapıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunacaq.

Digər yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri müvafiq yerli icra hakimiyyətlərinin başçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqla təyin olunacaq.

Loading

Next Post

Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyindən  bildirilib. Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.