Neftçalada nə baş verib? – Açıqlama

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Neftçalanın Bankə qəsəbəsində səyyar görüş zamanı vətəndaşlarla icra başçısı arasında insident baş verməsi haqda məlumatlar yayılıb.

Sosial şəbəkələrdə yayılan məlumatda icra başçısı Mirhəsən Seyidovun döyülməsi ilə bağlı iddialar səsləndirilib.

Məsələ ilə bağlı Nefçala Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İH-dən “Qafqazinfo”ya bildirildi ki, sosial şəbəkələrdə icra başçısı ilə bağlı yayılan məlumatlar heç bir həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən də məlumatın tam əsassız olduğu, həqiqəti əks etdirmədiyi açıqlanıb.
Əldə etdiyimiz məlumata görə, hazırda Mirhəsən Seyidov dövlət qulluqçuları ilə bağlı tədbirdə iştirak edir.

Loading

Next Post

Prezident MN-in komando hərbi hissəsində olub

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.