Bu gün Bakının iki rayonunun bir hissəsində qaz olmayacaq

Oxunma vaxtı:19 Saniyə

Bu gün Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, saat 10:00-dan aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi və Məhəmməd Əmin Rəsulzadə qəsəbələrində, Mədən ərazisində, Baksol yolunda, Binəqədi şosesində, eləcə də Kənd Əhmədli yaşayış sahəsində, Məhəmməd Hadi və Neapol küçələrində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Loading

Next Post

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

Bu gün Azərbaycanın görkəmli ictimai və siyasi xadimi Ələkbər Rəfibəylinin xatirə günüdür. 1839-cu ildə Gəncədə doğulan Ələkbər Sankt-Peterburqda Kənd Təsərrüfatı üzrə təhsil aldıqdan sonra geri qayıdıb.  Ələkbər Rəfibəyli erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri olub. O, 1905-ci ildə bölgədə azərbaycanlılara qarşı soyqırımların qarşısını almaq […]