Xırdalanda işıq kəsiləcək

Oxunma vaxtı:25 Saniyə

Bu gün Abşeron rayonunun Xırdalan şəhərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “AzərEnerji” ASC məlumat yayıb

Məlumata əsasən, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisindəki 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator bu gün elektrik şəbəkəsinə qoşulacaq. Bununla əlaqədar saat 16:30-dan 17:30-a qədər Xırdalanın bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Ukraynanın Baş naziri istefa verib

Ukraynanın Baş naziri Denis Şmıqal bu gün istefa verib. Bu barədə Ukrayna KİV-i məlumat yayıb. “Cəbhəni qoruyan və Ukraynanı mühafizə edən müdafiəçilərimizə təşəkkür edirəm! Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimadına görə minnətdaram!”, – D.Şmıqal qeyd edib. Daha əvvəl D.Şmıqala müdafiə naziri vəzifəsinin təklif edilə biləcəyi barədə məlumat verilmişdi. Ukrayna Prezidenti V.Zelenski […]