Ukraynanın Baş naziri istefa verib

Oxunma vaxtı:27 Saniyə

Ukraynanın Baş naziri Denis Şmıqal bu gün istefa verib.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

“Cəbhəni qoruyan və Ukraynanı mühafizə edən müdafiəçilərimizə təşəkkür edirəm! Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimadına görə minnətdaram!”, – D.Şmıqal qeyd edib.

Daha əvvəl D.Şmıqala müdafiə naziri vəzifəsinin təklif edilə biləcəyi barədə məlumat verilmişdi.

Ukrayna Prezidenti V.Zelenski bu gün Yuliya Sviridenko ilə görüş keçirib, ona bir gün əvvəl ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif edib. Y.Sviridenko hazırda Baş nazirin birinci müavini və iqtisadiyyat naziridir.

Onlar yenilənmiş hökumətin ilk addımlarını müzakirə ediblər.

Loading

Next Post

Ermənistan Fransaya hərbi attaşe təyin edib

Ermənistan Fransaya hərbi attaşe təyin edib. Bu vəzifəyə Artur Aznavuryan təyin edilib. Müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb. A.Aznavuryan avqustun 1-dən vəzifəyə başlayacaq və Fransa paytaxtında üç il işləyəcək. Daha əvvəl o, Ermənistanın İrandakı hərbi attaşesi olub.