Zakir Həsənov Qazaxıstana başsağlığı verdi

Oxunma vaxtı:23 Saniyə

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlim-məşq uçuşları zamanı “Mİ-8” hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir:

“Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.

Loading

Next Post

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında 13 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında 13 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat yayıb. Məlumata görə, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində 10 PKK/YPG, İraqın şimalında əməliyyat bölgəsində isə 3 PKK terrorçusu zərərsizləşdirilib.