Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.

Daha sonra dövlətimizin başçısı Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.

Loading

Next Post

SEPAH-la əlaqəsi olan 41 nəfər həbs edildi

Bəhreynin Daxili İşlər Nazirliyi şənbə günü bəyan edib ki, İran İslam İnqalabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduqları deyilən 41 nəfər saxlanılıb. Bu barədə qurumun açıqlamasında bildirilib. Nazirliyin məlumatına görə, təhlükəsizlik orqanları SEPAH-la əlaqəli bir qrupu ifşa edib. Qeyd olunur ki, prokurorluq tərəfindən aparılan araşdırmalar həmçinin “İranın hücumlarına rəğbət göstərilməsi […]