Bakı-Sumqayıt istiqamətində yeni ekspres avtobus marşrutu istifadəyə verilib

Oxunma vaxtı:27 Saniyə

Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.

“Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi metronun “20 Yanvar” stansiyası müəyyən edilib. Əks istiqamətə isə avtobuslar “20 Yanvar” stansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır. Gedişhaqqı 80 qəpik müəyyən olunub”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar fəaliyyət göstərir.

Loading

Next Post

Məcnun Məmmədov vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 13 dekabr saat 09:00-da Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak […]