“Formula 1” üzrə Azərbaycan Qran-prisinin kuboku “Odlar Yurdu”na həsr olunub

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

 
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin kuboku “Odlar Yurdu”na həsr olunub.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, yarışın qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir.

Dünyaca məşhur dizayn şirkəti “Pininfarina” tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasına simvolizə edir.

Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. “Xan Qarabağ” motivindən götürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək, “Formula 1″in dinamik ruhunu milli irslə birləşdirir.

Qeyd edək ki, kubok son yarış günündə qaliblərə təqdim olunacaq. Bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Loading

Next Post

Milli Məclis və Malayziya Nümayəndələr Palatası sədrlərinin görüşü olub

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Dato Johari Bin Abdul ilə görüşüb. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi mılumat yayıb. Nümayəndələr Palatasının sədri Milli Məclisin sədrini səmimiyyətlə salamlayaraq, Azərbaycan parlament nümayəndə heyətinin AİPA-nın 46-cı Baş Assambleyasında iştirakına görə təşəkkürünü […]