DYP-dən sosial yardım almaq istəyən şəxslərə – Müraciət

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istəyən şəxslərə müraciət edib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev öz feysbuk hesabında bildirib ki, yardımın verilməsi üçün müraciət edənin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması həmin şəxsə sosial yardım təyin olunmasından imtina üçün əsas sayılır: “Bu səbəbdən bütün vətəndaşlarımızdan xahiş edirik istifadəyə yararsız nəqliyyat vasitələrini adlarından çıxdaş etmək üçün müvafiq sənədlərlə birgə qeydiyyat imtahan mərkəzlərinə yaxınlaşsınlar”.

R.Tağıyev əlavə edib ki, prosedur qısa vaxt ərzində növbəsiz həyata keçirilir.

Loading

Next Post

Sumqayıtda qadın məhkəmə zalında özünü DOĞRADI

Sumqayıt Apellyasiya Məhkəməsində qadın intihara cəhd edib. Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə barəsində inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hər iki biləyini ülgüclə kəsib. Vəkil məhkəmənin tibb məntəqəsinin işləmədiyini və təcili tibbi yardım briqadasının binaya gec gəldiyini deyib. […]