Trampla Harrisin debatı bu tarixdə olacaq

Oxunma vaxtı:30 Saniyə

Keçmiş amerikalı lider və Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp ölkənin vitse-prezidenti və seçkilərdəki rəqibi Kamala Harrislə sentyabrın 4-ü debatın aparılması barədə “Fox News” telekanalı ilə razılıq əldə edib.

Bu barədə siyasətçi “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

Görüşün Pensilvaniya ştatında keçiriləcəyi gözlənilir, dəqiq yer və saat daha sonra müəyyənləşəcək.

Tramp izah edib ki, debatın sentyabrın 10-da ABC telekanalında keçirilməsi haqda razılıq daha aktual deyil, çünki Co Bayden namizədliyini geri çəkib. Bundan başqa, respublikaçı istəyir ki, onun Harrislə debatında tamaşaçılar iştirak etsin. O hesab edir ki, ABC platformasında debatların keçirilməsi bu teleşirkətin qeyri-obyektivliyi səbəbindən mümkün deyil.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 4 %-dən çox azalıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,58 ABŞ dolları, yaxud 4,4 % azalaraq 80,7 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 76,81 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]