Məcnun Məmmədov vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:29 Saniyə

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 13 dekabr saat 09:00-da Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-366-44-58) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Loading

Next Post

Hakan Fidan: Türkiyə Suriyaya mövcud vəziyyətdə də dəstək verəcək

Hər kəs suriyalıları tərk etdiyi vaxt Türkiyə onların yanında oldu. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XV Səfirlər Konfransının rəsmi açılış mərasimindəki nitqində deyib. Hakan Fidan çətin günlərində Suriya vətəndaşlarına qucaq açan Türkiyənin mövcud durumda da onlara dəstək verəcəyini bildirib. “Suriyada artıq yeni dönəm başlayıb, bundan sonra yalnız gələcəyə […]