Hakan Fidan: Türkiyə Suriyaya mövcud vəziyyətdə də dəstək verəcək

Oxunma vaxtı:24 Saniyə

Hər kəs suriyalıları tərk etdiyi vaxt Türkiyə onların yanında oldu.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XV Səfirlər Konfransının rəsmi açılış mərasimindəki nitqində deyib.

Hakan Fidan çətin günlərində Suriya vətəndaşlarına qucaq açan Türkiyənin mövcud durumda da onlara dəstək verəcəyini bildirib.

“Suriyada artıq yeni dönəm başlayıb, bundan sonra yalnız gələcəyə baxmalıyıq. Qonşuları ilə yaxşı münasibəti olan və sülh içində yaşayan Suriya üçün lazımi bütün dəstəyi verməyə hazırıq. Türkiyə Suriyanın ərazi bütövlüyü məsələlərində üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək”, – o əlavə edib.

Loading

Next Post

Prezidentdən siyasi partiyalarla bağlı - Fərman

Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, “Siyasi partiyalar haqqında” Azərbaycanın 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycanın 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Qanununun tətbiq […]