Allahşükür Paşazadə: Ksenofobiya təzahürləri, süni intellektin fəsadları bütün bəşəriyyət üçün təhlükədir

Oxunma vaxtı:47 Saniyə

Beynəlxalq sabitliyə təhdid olan ksenofobiya təzahürləri, süni intellektin fəsadları bütün bəşəriyyət üçün ən böyük təhlükələrdən biridir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Keyptaun şəhərində keçirilən G20 Dinlərarası Forumunda çıxışı zamanı deyib.

Şeyxülislam bildirib ki, həmçinin etnik, dini, irqi ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması cəhdləri, sürətlə silahlanma, real nüvə təhlükəsi bütün bəşəriyyət üçün ən böyük təhlükələrdir:

“Yer kürəsində insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoq zərurətindən irəli gələn, son illərin ənənəsi – Böyük İyirmilik ərəfəsi Dinlərarası Forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilib”.

A.Paşazadə onu da qeyd edib ki, Azərbaycan tolerantlıq, multikulturalizm diyarı olaraq qlobal müstəvidə dinlər, sivilizasiyalar arasında dialoq prosesində aparıcı rol oynayır:

“Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş Qarabağda dinc quruculuq işləri və əhalinin qayıdış layihələrini həyata keçirir, ekosid və urbisidin nəticələrini aradan qaldırır, bölgəmizdə sülh və tərəqqi yönündə səy göstərir”.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “Allahşükür Paşazadə: Ksenofobiya təzahürləri, süni intellektin fəsadları bütün bəşəriyyət üçün təhlükədir

Comments are closed.

Next Post

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 12-dən 13-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]