Putin: “Rusiya Özbəkistana qaz tədarükünü artırmağa hazırdır”

Oxunma vaxtı:25 Saniyə

Rusiya Qazaxıstan vasitəsilə Özbəkistana nəql olunan qazın həcmini artırmağa hazırdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə geniş tərkibdə danışıqlar zamanı deyib.

V.Putin Qazaxıstan vasitəsilə Özbəkistana Rusiya qazının nəqlinə başlandığını xatırladıb: “Hazırda ixrac qrafikdən çox irəlidə aparılır, lazım olduqda bu həcmi artırmağa hazırıq”.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Rusiya, Özbəkistan və Qazaxıstan prezidentləri Vladimir Putin, Şavkat Mirziyoyev və Kasım-Jomart Tokayev Rusiya təbii qazının Qazaxıstan ərazisindən keçməklə “Mərkəzi Asiya – Mərkəz” qaz kəməri ilə Özbəkistana tranzitinə başlayıblar.

Loading

Next Post

Onlara Dövlət Mükafatları verildi - Sərəncam

Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib: Texnika sahəsi üzrə mükafat “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə […]